Məzahir Pənahov: “Bəzi şəxslər çalışır ki, biz onları qeydə ala bilməyək”

GÜNDƏM 21 yan 2020, 22:10

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində sənədlərini təqdim etmiş bəzi şəxslər çalışır ki, biz onları qeydə ala bilməyək.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. M. Pənahov deyib ki, bu, hansısa məqsədə xidmət edir: “Mərkəzi Seçki Komissiyası bu işdə maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Qeydə alınmamaq məsələsi məni çox təəccübləndirir. Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur”.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top