Paşinyan bakılılara baş əydi — Ermənistan ŞOKDA

HADİSƏ 21 yan 2020, 19:33

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı İrəvanın "Politik.am” saytı yayıb.


Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur "Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.


11 fevral 1998-ci ildə Nikol Paşinyan "Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib. 


O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.


Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: "20 yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top