İcra başçısı ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü — FOTOLAR

SOSİAL 21 yan 2020, 17:38

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə həmin işlərdə çalışacaq işçilərlə görüşüb. 


Demokrat.az-ın məlumatına görə, görüşdə RİH başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda  müvəqqəti iş yerləri yaradılıb və işsiz sakinlər ödənişli ictimai işlərə cəlb edilb. 


Onun sözlərinə görə, Abşeron rayonu üzrə  bu məqsədlə 770 yeni  iş yeri yaradılıb. 


Qeyd edilib ki, işçilərin işə qəbulu  “DOST İş Mərkəzi” MMC tərəfindən həyata keçirilsə də,  işçilərin  ödənişli ictimai işlərə cəlb edilməsi Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinə həvalə edilib. 


İ.Gülməmmədova deyib ki, rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların  istifadəsi hallarına  yol verilməməsi və  bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək. 


İcra başçısı vətəndaşlarla fərdi qaydada söhbətlər aparıb, onların problemləri, qayğıları maraqlanıb. İşçilərə lazimi göstəriş və tapşırıqlarını verib. 


Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması  və onların da işlə təmin olunmaları üçün cənab Prezidentə öz təşəkkürlərini bildiriblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top