MSK Gülər Əhmədovanın namizədliyi ilə bağlı QƏRAR VERDİ

HADİSƏ 21 yan 2020, 20:13

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.


Demokrat.az report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.


O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: 

 

“G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”. 


MSK DSK-nın qərarını qüvvədə saxlayıb.


Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan, təxminən, 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilməlidir. Ona görə də tələb olunan imzaların sayı az olduğundan Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top