Azərbaycanlı minlərlə tısbağanı Türkiyəyə keçirmək istədi — VİDEO

MARAQLI 21 yan 2020, 19:47

Minik avtomobilinin qapılarında minlərlə su tısbağasını gizlədərək Türkiyəyə aparan Azərbaycan vətəndaşı saxlanılıb.


Demokrat.az CNN Türkə istinadla xəbər verir ki, Gürcüstandan Türkiyəyə daxil olmaq istəyən Azərbaycan vətəndaşının avtomobilində 4 min 450 su tısbağası aşkarlanıb. 


Türk polisi tərəfindən saxlanılan Ruslan Qurbanov su tısbağalarını 99 US 893 dövlət nömrə nişanlı avtomobilinin qapılarında gizlədərək sərhəddi keçməyə çalışıb. 


Azərbaycan vətəndaşına Türkiyədə 5607 saylı qanuna zidd hərəkət etməsi səbəbilə cinayət işi açılıb.(Yeniavaz.com)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top