Bakıda qızlar yenə ərəblərə ŞOK YAŞATDI

HADİSƏ 21 yan 2020, 15:29

Bakıda Ərəbistan vətəndaşları qarət olunub.


Demokrat.az Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.


Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.


Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top