“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR

SOSİAL 21 yan 2020, 15:01

“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib.


Demokrat.az-ın məlumatına görə, “Azərsun Holdinq”in rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.


Daha sonra şirkətlər qrupunun rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin  torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.


Qeyd edək ki, 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təlimatına əsasən Şirkətlər Qrupu tərəfindən silsilə tədbirlər həyata keçirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top