Nərminin qətlinin istintaqı nə yerdədir? — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 21 yan 2020, 15:35

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyev ilə bağlı istintaq davam etdirilir.


Demokrat.az xəbər verir ki,bu barədə Axar.az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, istintaq müddətində mətbuata geniş açıqlama verilməyəcək.


Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva 2019-cu il 21 noyabrda itkin düşüb, 220-ci il 5 yanvarda isə yandırılmış meyiti aşkarlanmışdı. Yanvarın 10-da qətli törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Yanvarın 11-də Tovuz Rayon Məhkəməsi İ.Süleymanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top