Nazirlik rəsmisi: “Badamdar sürüşmə ərazisində heç bir aktivlik müşahidə olunmur”

SOSİAL 21 yan 2020, 14:32

“Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində heç bir aktivlik müşahidə olunmur”.


Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.


Onun sözlərinə görə, hazırda həmin ərazidə iş gedir.


Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ümumilikdə ölkədə sürüşmə zonalarında rezonans doğuran aktivlik müşahidə olunmayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top