Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var

HADİSƏ 21 yan 2020, 12:13

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.


Demokrat.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib.


Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub.


Nəticədə 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.


Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top