Bağlanmış bankın sədrinə yeni vəzifə verildi — FOTO

İQTİSADİYYAT 21 yan 2020, 11:18

“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının sədri dəyişib.

 

Demokrat.az-ın xəbərinə görə, indiyə qədər Şuraya rəhbərlik edən Asəf Hüseynov vəzifəsindən azad edilib, onun yerinə isə Fərid Abuşov seçilib.

 

A.Hüseynov ötən ilin noyabr ayına qədər “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini olub, 3 aydır ki, “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin İH-nin üzvü kimi fəaliyyət göstərir. F.Abuşov isə vaxtilə, hazırda ləğv prosesində olan “Dəmir Bank” ASC-nin İH-nin sədri olub.

 

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir. (Report)

 

undefined

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top