Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ (VİDEO)

SOSİAL 21 yan 2020, 10:13

Bakıda qaz sayğaclarını oğurlayıb vətəndaşlara satırlar.


Demokrat.az Xəzər TV-yə istinadla xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazalara aldanmamağı tövsiyyə edir.


''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar. Hansıki həmin ərazilər qazlaşdırılmayıb.


Həmin şəxslər smart tipli sayğac quraşdırdıqları vətəndaşlara kart vermədikləri üçün hər ay gəlib, razılaşdıqları məbləği alıblar. İnsanları isəhər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Cehyun Səfərov vətəndaşları belə faktlarla rastlaşdıqda diqqətli olmağı tövsiyyə edir.


Qeyd edək ki, bu tip qaz sayğacı oğrulayanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Qala, Şüvəlan,Türkan qəsəbələrində yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıb satmaqda təqsirlibilinən, şəhər sakinləri üç il müddətinə azadlıqldan məhrum olublar.


 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top