Rusiyada baş verən yanğında 11 nəfər həyatını itirdi — FOTO+YENİLƏNİB

HADİSƏ 21 yan 2020, 09:47

Rusiyanın Tomsk vilayətində, Asinovsk rayonunda yaşayış evində baş verən yanğın zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

 

Bu barədə RİA "Novosti"yə Fövqəladə Hаllаr Nаzirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilir ki, yerli vaxtla saat 07:03-də yanan evdə 11 nəfərin meyiti aşkarlanıb. 


Priçulımsk qəsəbəsindəki fərdi evdə yanğın çərşənbə axşamı gecə baş verib. Hadisə zamanı 11 nəfər həlak olub, evdən daha 2 nəfər çıxarılıb. Onların xarici ölkə vətəndaşları olduqları bildirilir. Regionun fövqəladə xidmətlərinin əməkdaşı bildirib ki, ölənlər Özbəkistan vətəndaşları ola bilər. 

 

***07:30

Rusiyada yaşayış evində yanğın olub.

 

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

 

Məlumata görə, hadisə Tomsk vilayətində, Asinovsk rayonunda baş verib. Priçulımsk qəsəbəsində birmərtəbəli taxta evdə baş verən güclü yanğın zamanı 9 nəfər həlak olub.

 

Qeyd edilir ki, hadisə zamanı evdə 11 nəfər olub. Onlardan 2-i xilas olub. Uçmuş evin dağıntıları altından bir neçə nəfərin meyiti çıxarılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top