“Real” 35 milyonluq transfer reallaşdırdı

İDMAN 21 yan 2020, 09:34

Madridin "Real" klubu yeni transferini rəsmən açıqlayıb.

 

"Qafqazinfo" xəbər verir ki, İspaniya təmsilçisi Braziliya "Flamenqo"sundan Reyniri heyətinə qatıb. Madridlilər 18 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb.

 

Qeyd edək ki, Reynir 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Braziliya yığmasının heyətindən çıxışını başa vurduqdan sonra "kral klubu"nun ikinci komandası "Kastilya"ya qoşulacaq. Bu keçidin "Real"a 35 milyon avroya başa gəldiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top