Rauf Arifoğlu 20 Yanvar günü şəhidlərin abidələrini ziyarət etdi — FOTOLAR

SOSİAL 20 yan 2020, 21:38

35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu 20 Yanvar faciəsinin ildönümü münasibətilə Xətai rayonundakı şəhid abidələrini və barelyefləri ziyarət edib.

 

İlk olaraq şəhid milli qəhrəman, Xətai rayonunda ən böyük küçələrdən birinin adını daşıyan İnqilab İsmayılovun barelyefi ziyarət olunub. Ziyarətdə onun ailə üzvləri də iştirak edib. Həyat yoldaşı Gülnaz Orucova və övladları İntiqam, Ələkbər və Tünzalə İsmayılovlara baş sağlığı verilib. Onlara vətən sizə minnətdardır deyilib. Şəhidin ruhuna fatihə oxunub.

 

R. Arifoğlu qeyd edib ki, yaxınlıqdakı parka şəhidimizin adı veriləcək. Daha sonra ziyarətçilər parkda görülən işlərlə tanış olublar.

 

R. Arifoğlu Azərbaycanın ilk milli zabitlərindən biri şəhid baş leytenant Həsənov Sədrəddin Qardaşxan oğlunun Mehmandarov 74 ünvanındakı barelyefini  ziyarət edib. Şəhidin həyat yoldaşı da ziyarətə qatılıb, ona Allahdan rəhmət dilənib. R. Arifoğlu müstəqil dövlətin vətəndaşları olaraq bu şəhidlərə borclu olduğumuzu bildirib.

 

Ardından R. Arifoğlu Mehmandarov 74 ünvanında görülən işlərlə tanış olub, abadlıq işlərinə uğurlar diləyib.

 

Şıxlınski 59-da 5 şəhidimizin abidəsi ziyarət olunub. Ziyarətə sakinlər də qatılıb.  Şəhidlərimiz Əliyev Bəkir İsa oğlu, Məmmədov İmanqulu Kamal oğlu, Əhmədov Əyyub Hacağa oğlu, İsmayılov Ayaz İsrail oğlu, Əliyev İlham Cəbrayıl oğlunun barelyefi önünə tər qərənfillər qoyulub.

 

R. Arifoğlu çıxış edərək bildirib ki, bu gün hamı şəhidlər xiyabanındadır, biz isə məhəllərdə büstü olan şəhidlərimizi də unutmamalıyıq. Azərbaycan oradadır. Bizim də qəlbimiz oradadır. Ancaq rayon ərazisində olan bu şəhidlərimizi də bu gün unutmaq olmaz. Dünyada heç bir xalq bu cür qırğınlardan sonra belə mütəşəkkil olmadı, dirçəlib dövlət qurmadı.

 

Bu şəhid oğullar sayəsində vətənimiz qorundu, müstəqil dövlət olduq. Azərbaycan toplumu tarixi ərazilərimzin geri qaytarılması üçün böyük bir mücadilənin içindədir. Şəhidlərimizin də bu mücadilədə rolu böyükdür".

 

Həmçinin şəhid Həsən Salmani də ziyarət olunub, onun adına olan bulağın üzərinə qərənfillər düzülüb. Xanımı Cəvahir Salmani də ziyarətdə iştirak edib. Ona baş sağlığı verilib.

 

Həmçinin şəhid Bayramov Fəzail Qüdrət oğlunun, Əsgərli Alim Tələt oğlu, daha sonra 257 saylı məktəbin həyətində Abbasov Ədalət Ənvər oğlunun büstü ziyarət olunub. Şəhidlərimizin ruhuna fatihə oxunub. Əbilov küçəsində də həmçinin şəhid Asəf Novruzovun barelyefi ziyarət edilib. Sakinlər bu addımı üçün Rauf Arifoğluna təşəkkürü bildirib, onları narahat edən məsələləri də diqqətinə çatdırıblar.

 

Günün ikinci hissəsində deputatlığa namizəd öz komandası ilə Naximov qəsəbəsində də şəhidlərin barelyefini ziyarət edib. Abidə önündə çıxış edən R.Arifoğlu bildirib ki, Azərbaycanın müstəqillik qazanmasında şəhidlərin rolu müstəsnadır və millət olaraq onların adı hər zaman baş tacımız olmalıdır. O, şəhərin baş köşəsində şəhidlərimizin abidəsinin ucaldılmasını arzuladığını deyib.

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top