İcra başçısı “yoxa çıxan” yeznəsinin yerinə onu vəzifəyə gətirdi

HADİSƏ 20 yan 2020, 20:45

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.


Demokrat.az xəbər verir ki, şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.


O, indiyə qədər “Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib. (Report)


Maraq üçün onu da əlavə edək ki, “Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur. Bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. 


İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir. Ölkədən külli miqdarda pulla qaçdığı deyilən X.Rüstəmov isə mətbuata açıqlamasında qaçmadığını, Azərbaycanda olduğunu bildirmişdi.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top