Alimlər mübahisələrə son qoydu: Onları asteroid yoxsa vulkanlar məhv etdi?

MARAQLI 20 yan 2020, 20:31

ABŞ-ın Yels universitetindən olan tədqiqatçılar qrupu hesab edir ki, dinozavrların ölümünün yeganə səbəbi nəhəng meteoritin düşməsidir.


Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


90-cı illərin əvvəlindən etibarən Meksikadakı Yukatan yarımadasında nəhəng krater tapıldıqdan sonra alimlər Yerə 66 milyon il öncə çırpılan asteroidin dinozavrları və həmçinin planetimizdə həyatın böyük hissəsini məhv etdiyinə əmin idilər. Lakin dinozavrların yoxa çıxmasının dəqiq səbəbi digər alimlər qrupunun bu canlıların ölümünə kütləvi vulkan püskürməsinin səbəb olduğunu söyləməsindən sonra müəyyən edilə bilməyib.


Yels universitetinin rəhbərliyi ilə aparılan araşdırmalarda qlobal temperatur dəyişiklikləri və iqlim effekti modelləri əsasında dəniz qalıqlarından karbon izotoplarının mövcudluğu müqayisə edilib. Alimlər müəyyən ediblər ki, bu qazın atmosferə buraxılmasının 50 faizi və daha çoxu asteroid zərbəsindən əvvəl baş verib. Alimlər, həmçinin, vulkan püskürməsinin və lava axınlarının ekoloji sistemi zəiflətdiyini lakin praktiki olaraq dinozavrlara təsiri olmadığını söyləyib.


“Bir çox insanlar ehtimal edir ki, günahkar vulkanlardır. Ancaq biz deyirik ki, bunu onlar etməyib”, - alimlər qrupu qeyd edib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top