Azərbaycan çempionatı 14 pillə irəlilədi — STATİSTİKA

İDMAN 20 yan 2020, 19:22

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən ilin ən güclü futbol liqalarının siyahısını hazırlayıb. 


Demokrat.az xəbər verir ki, 100 ölkənin çempionatının yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 349 xalla 56-cı sıradadır. 


Ötən mövsüm 70-ci yerdə qərarlaşan liqamız 14 pillə irəliləməyi bacarıb. 


Siyahıya 1287 xalla İngiltərə Premyer Liqası liderlik edir. Braziliya liqası 1165 xalla ikinci, İspaniya La Liqası 1141 xalla üçüncü yeri qapayır.


Türkiyə Super Liqası 28, Qazaxıstan 43, Gürcüstan 51, Ermənistan isə 80-ci yerdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top