Peskovun 22 yaşlı qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...”

MARAQLI 20 yan 2020, 17:59

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta asudə vaxtlarında məşğuliyyəti barədə maraqlı açıqlama verib.


“Forbes”in məlumatına görə, 22 yaşlı Peskova ötən il Çeçenistan Respublikasında xüsusi təyinatlıların düşərgəsində UFC-də mübarizə aparan üç qızla birlikdə ağır məşqlər etdiyini açıqlayıb.


“Çeçenistanda oldum, bu regionu çox sevirəm. Ötən il orada xüsusi təyinatlıların düşərgəsində məşq etdim: idmanla məşğul oldum, hətta atəş açmağı və döyüşməyi öyrəndim. Dalaşmağı sevirəm! Düşünürəm ki, həyatda lazım olacaq. Ağır qrafikimiz oldu: səhər tezdən oyanıb, gündə iki dəfə məşq edib, ağır pəhrizə əməl edirdik. İndi atəş açmağı bacarıram”, - Peskova bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top