Əməkdar jurnalist vəfat edib — FOTO

HADİSƏ 20 yan 2020, 16:34

Azərbaycanın Əməkdar jurnalisti, Prezident təqaüdçüsü Elmira Əliyeva vəfat edib.


Demokrat.az xəbər verir ki, E.Əliyeva ömrünün 89-cu ilində dünyasını dəyişib.


O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.


1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top