Britaniya səfirindən 20 Yanvar AÇIQLAMASI

SİYASƏT 20 yan 2020, 12:05

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. 

 

Səfir Azərbaycan xalqının artıq 30 ildir Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla andığını deyib. 

 

O bildirib ki, Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynayıblar. 

 

“Böyük Britaniya hökuməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq”, - deyə səfir bildirib.  (Oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top