Çində güclü zəlzələ baş verib

DÜNYA 19 yan 2020, 23:03

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələ yerli vaxtla 21:27-də qeydə alınıb. Zəlzələnin episentri Szyaşi (Feyzabad) ərazisində, ocağı isə təxminən 16 km dərinlikdə yerləşib.

 

380 mindən çox insanın yaşadığı Szyaşidə xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top