İcra başçısının nümayəndəsi Qarabağ qazisinin evini uçurdu — VİDEO

SOSİAL 19 yan 2020, 15:03

Qarabağ qazisinin evi uçurulub...

Demokrat.az-ın xəbərinə görə, Qarabağ qazisi Natiq Hüseynxanov şikayət edərək bildirib ki, 4 il bundan əvvəl övladlarının ali məktəbə qəbul olması ilə əlaqədar ailəvi olaraq Bakı şəhərinə köçərək, kirayədə yaşamağa başlayıblar.

 

Bu müddət ərzində Binəqədi rayonunda torpaq sahəsi alaraq ev tikməyə başlayıb.

 

Evin hazır olmasına az qaldığı bir müddətdə isə elə bir problemlə qarşılaşıblar ki, indi bu dərdə dözməyib, özünü yandırmaq istəyir:

 

“Binəqədi rayon icra nümayəndəsi gəlib məndən 5000 azn pul istədi. Mən də bildirdim ki, ikinci qrup Qarabağ əliliyəm. O qədər pulum yoxdur. 2000 azn verə bilərəm. Daha sonra evi tikib qurtarandan sonra pensiyamdan yığaraq az-az 3000 azn də sizə çatdıraram. Rayonda olarkən mal-qara saxlayırdım. Gələndə onları satdım ki, burada özümə bir ev qurum. Evi demək olar tikib qurtarmışdım. Qapı-pəncərəsini də qoymuşdum. Amma onlar razılaşmadı. Məni hədələdilər. Ötən gün isə gəlib evimi dağıtdılar. Bütün bunlar məni o vəziyyətə çatdırdı ki, mən özümü yandırmaq istəyirdim. Evin bütün sənədləri, hətta bələdiyyə tərəfdən çıxarışı da var. Amma onlar buna məhəl qoymadan evi traktor ilə sökdülər”. (Fakttv.com)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top