Azərbaycanda ata adından imtina edənlərin sayı açıqlandı

SOSİAL 19 yan 2020, 13:46

Ədliyyə Nazirliyinə (ƏN) adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 4997 müraciət daxil olub.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən bildirilib.

 

Rəsmi məlumata görə, müraciətlərdən 2689-u adın, ata adının və soyadın dəyişdirilməsi, 2.308-i isə soyad sonluğunun dəyişdirilməsilə bağlıdır: “Müraciətlərin hamısı nazirlik tərəfindən təmin olunub”.

 

Qeyd edilib ki, adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

 

Həmçinin bildirilib ki, 2018-ci ildə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciət daxil olub:

 

“Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2891 şəxs, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı isə 2220 şəxsin müraciəti qəbul edilib. 2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb. Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub”.(Modern.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top