Vəhdət Partiyasının sədri Tahir Kərimli deputatlığa namizədliyini geri götürməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, yayılan xəbərlərin əsası yoxdur.
O, bunu təxribat adlandırıb: “Deputatlığa namizədliyimi geri götürməmişəm. Seçicilərlə görüşlərim davam edir. Deyirlər ki, Tahir Kərimli namizədliyini geri götürüb. Bu, yalnış informasiyadır, təxribatdır”.