Toydan qayıdan ailə qəzaya düşdü — 5 yaralı

HADİSƏ 19 yan 2020, 12:02

Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Cəfərov Elxan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb.


Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb.


Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top