Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi — VİDEO

MARAQLI 19 yan 2020, 11:45

Rusiyada yaşayıb, orada videobloqerlik fəaliyyəti ilə məşhurlaşan, iş adamı və xeyriyyəçi, əslən Azərbaycanlı Hüseyn Həsənov yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.  


Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bir çox məşhurlar qazanclarını gizlətdiyi bir vaxtda Hüseyn var-dövlətini telefonun kamerasına çəkərək “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb. 
 

Bloqer dəstə-dəstə yüzlük avro, dollar və rubl əskinasları iş masasının üstünə səpərək “Səmimi qəlbdən arzu edirəm ki, hər biriniz səhər yuxudan oyananda bunları görün” sözlərini deyib.  

 

Məşhur daha sonra pullarını qucaqlayaraq, başını onların üstünə qoyub və “Bu pulları paylamağa başlayaq?”, - sualı ilə izləyicilərinə səslənib.  

 

 

Hüseyn tərəfindən keçirilən bu soğruya 89% izləyici “Hə” cavabını verib.  


Qeyd edək ki, sosial şəbəkədə böyük auditoriyaya sahib olan Hüseyn Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var.  


Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir. Bloqerin “İnstagram” hesabında hazırda 12,5 milyon izləyicisi var.  

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top