İnək yaşlı qadını vuraraq ağır yaralayıb — FOTO/VİDEO

HADİSƏ 19 yan 2020, 09:00

Şamaxıda 62 yaşlı qadını inək vuraraq ağır xəsarət yetirib.

 

Hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.

 

Qəsəbə sakini 62 yaşlı Ömərova Əsmər Qədir qızı tövlədə inəyi bağlayan zaman bir anda heyvan onun üzərinə hücum edərək vurub.

 

Ağır bədən xəsarətləri alan yaralı ailəsinin köməyi ilə Şamaxı Rayon Mərkəzi  Xəstəxanasına gətirilib.

 

Əsmər Ömərovaya ilkin yardım göstərilib. Lakin qadının vəziyyəti ağırlaşdığından o, payxtaxta göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top