Bakıda gənci döyüb xəstəxanalıq etdilər

HADİSƏ 18 yan 2020, 23:49

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nobel prospektində, "Günəş" marketin yaxınlığında qeydə alınıb.


1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Nəticədə o, döyülərək ağır xəsarət alıb.


Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top