Göygöldə usta işlədiyi evi soydu

KRİMİNAL 18 yan 2020, 21:29

Göygöl rayonunda işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb. 

 

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

 

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərovnaməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.

 

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov muxtar respublikada saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı, o, törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.

 

Faktla bağlı araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top