Azərbaycan səfirinin 20 Yanvar faciəsi barədə məqaləsi Ukrayna mediasında tirajlanıb — FOTO

GÜNDƏM 18 yan 2020, 18:39

Ukraynanın aparıcı informasiya saytlarında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi yayılıb.


Ukraynanın “lb.ua” və “Fakt” saytlarında “Cəzasız cinayət: “Qara Yanvar”dan 30 il sonra” sərlövhəli məqalədə səfir sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edir. 

 

“Əslində, bu, Mixail Qorbaçovun başçılıq etdiyi səriştəsiz sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini qırmağa qərar verən xain bir hərəkət idi. Bununla həm də SSRİ-nin digər xalqlarının azadlıq və ədalət əzmini sındırmaq istəyirdilər”, - deyə səfir qeyd edir.


Məqalədə, həmçinin o dövrdə 20 yanvarda dinc əhaliyə qarşı törədilən amansız cinayətə beynəlxalq birliyin siyasi və mənəvi məsuliyyətinə də toxunulub. 


Müəllif yazır ki, Qorbaçov rejiminin cinayət əməlinə siyasi don geyindirmək üçün yalan, əsassız və qərəzli, süni şəkildə təbliğat aparılırdı. Guya sovet ordusu Bakı və Sumqayıtda yaşayan ermənilərə köməyə gəlib. Bu, sözsüz ki, köklü yalandır və heç bir arqumentə əsaslanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top