Fəzail Ağamalı şəhid anasını ziyarət etdi — FOTOLAR

GÜNDƏM 18 yan 2020, 18:25

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir. 


Demokrat.az xəbər verir ki, yanvarın 18-də Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərmiş   Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Xanoğlan Məmmədovun anası ziyarət olundu, şəhidin büstü önünə çiçək dəstələri qoyulub. 


Görüşdə Fəzail Ağamalı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb. 


Seçicilər ölkə Prezidentinin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, bir sıra problemlərin üzərində dayanıblar.


Görüş iştirakçıları Fəzail Ağamalının fəaliyyətini yüksək qiymətləndirib və qarşıdan gələn Milli Məclisə seçkilərdə ona səs verəcəklərini önə çəkiblər.


Sonda F.Ağamalı yüksək dəstəyə görə seçicilərə təşəkkürlərini bildirib. 


Qeyd edək ki, Fəzail Ağamalının təbliğat-təşviqat kompaniyası davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top