Övladdan anaya qarşı dəhşətli əməl — Əvvəl pullarını götürdü, sonra güllələdi (VİDEO)

KRİMİNAL 18 yan 2020, 18:53

ABŞ-da oğul anasını şəxsi hesabından pul çəkməyə məcbur edərək daha sonra ona atəş açıb.


REN TV məlumat verir ki, gənc anasından onun maddi çətinliklərini həll etməsini istəyib. Getdiyi yerə tələsən ana oğlu ilə söhbət etmək istəməyib. Qəzəblənən övlad silahı çaxaraq anasının başına dirəyib.


Anasının pullarına sahib olacağını deyən oğul əvvəlcə onlayn qaydada hesabda olan pulun miqdarını yoxlayıb, sonra isə anası ilə bərabər yaxınlıqda yerləşən bankların birinə yollanıb. 


Hesabından pullarını çəkən ana pıçıltı ilə bankda çalışan işçilərdən polisi çağırmağı xahiş edib.  Pul vəsaitini övladına təqdim edən ana bankda qalmaq istədiyi deyib. Qəzəblənən oğul anasına üç dəfə atəş açıb. 


Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis cinayətkarı saxlayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top