Assosiasiya sədri niyə deputat olmaq istəyir? — Korporativ maraqlar...

GÜNDƏM 18 yan 2020, 15:33

Yanvarın 17-dən etibarən 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin seçkiöncəsi təbliğat-təşviqat kampaniyasına start verilib. Artıq deputatlığa namizədlər seçici səsi qazanmaq üçün müxtəlif taktikalardan istifadə etməyə başlayıb. Bu namizədlər arasında layiqli olanı da, olmayanı da var. Lakin seçki qanunvericiliyi və ölkə konstitusiyası hər bir vətəndaşa seçib-seçilmək hüququ verdiyindən, insanlar bu hüquqlarından faydalanmağa çalışır. Ancaq hər bir deputat olmaq istəyən şəxs öz potensialını bilməli və bu ağır missiyanı üzərinə götürməlidir. Yoxsa, hüquq mənə imkan verir deyibən, seçkiyə qatılım, reallaşdırılması mümkün olmayan, eyni zamanda deputatın səlahiyyətinə aid olmayan yalan vədlər verməklə seçicini aldadım, səsini oğurlayım və öz gələcək karyeramı qurum düşüncəsi yanlışdır.

 

Namizədlər arasında xeyli iş adamı, işsiz, hazırda müxtəlif icra strukturlarında fəaliyyət göstərənlər də var. Bu insanlar qanunvericiliyin onlara yatartdığı imkanlardan geninə-boluna istifadə etməklə məşğuldurlar. Hətta bəziləri media quurmlarında “Mənim millət vəkilim”, “Bizim deputat Vətənə xidmət edəcək” devizləri altında  təbliğat kampaniyaları həyata keçirməkdədir.
 

Bunlardan biri də 62 saylı Saatlı Seçki Dairəsində namizədliyini irəli sürən  Azərbaycan Turizm Assosiasının İdarə Heyətinin sədri Nahid  Bağırovdur.


Onun mətbuata verdiyi açıqlaqmada deputat olmasının səbəbini ölkə başçısının həyata keçirdiyi islahatlara dəstək vermək üçün qoşulduğunu qeyd edir. Ancaq namizəd onu  da unudur ki, Prezident İlham Əliyevin  ölkə iqtisadiyyatının inkişafında turizmin inkişafə əsas prioritetlərdən biri təşkil edir və bu sahədə çoxsaylı sərəncamlar, fərmanlar, proqramlar qəbul edilib. Azərbaycan turizm axınını təşkil etmək üçün viza rejiminin sadələşdirilməsindən tutmuş,  turizmdə xidmətin keyfiyyətinin artırlması üçün çoxsaylı  real addımlar atıb. Bununla paralel olaraq qanunvericilik sahəsində də ciddi işlər görülüb və hüquqi baza yaradılıb. Hazırda isə yeni “Turizm haqqında” qanun layihəsi üzərində ciddi iş gedir. Adı çəkilən qanun layihəsi  Milli Məclisdə müxtəlif səviyyələrdə ciddi müzakirə olunub və qarşıdakı dönəmdə də müzakirələr davam edəcək. Məqsəd də Azərbaycan Prezidentinin yürütdüyü siyasətin uğurla icrasına xidmət edir.
 

Lakin və ancaq bu sahədə çalışan insanlar hələ də ölkədə turizmin lazımi səviyədə inkişafı, xidmət sahəsinin yüksəldilməsi  istiqamətində ciddi işlər görməyiblər. İstər ölkə vətəndaşları, istərsə də ölkəmizə gələn xarici qonaqlar  onlara göstərilən turizm xidmətindən razı deyildir.  Nəticədə həm ölkə vətəndaşı  istirahət üçün ölkədaxili turizm yerlərini deyil xarici ölkələri seçməli olur və pulunu həmin ölkənin iqtisadiyyatının inkişafına  yönəldir. Xaricdən gələn turistdə növbəti dəfə Azərbaycana gəlmək istəmir. Çünki həm qiymət bahadır, həm də xidmət çox aşağı səviyyədədir.
 

O zaman ortaya belə bir sual çıxır, görəsən Nahid  Bağırova ölkə başçısının bu sahədə həyata keçirdiyi siyasəti uğurla icrasına nə mane olur? Axı, özü də  bəyan edir ki, məqsədi ölkə başçısının islahatlarına dəstək verməkdir?! Məgər ölkə başçısının iş adamları üçün yaratdığı şərait və imkanlar yetərli deyilmi? Axı,  cənab N. Bağırov turizm sahəsindəki bir mühüm quruma rəhbərlik edir və bu siyasətin yürüdülməsində müstəsna rola malik insanlardan biridir. Özünün dediyi kimi, turizm sahəsində bir sıra yeniliklərin icraçısıdır. Deputat olmaq ona hansısa əlavə imkanlarmı yaradacaq? Yoxsa, cənab N. Bağırov deputat mandatından istifadə edib özünün korporativ maraqlarını təmin etmək istəyir. Mandatdan yararlanıb  turizm sahəsindəki biznes imkanlarını genişləndirmək... Biz ötən dövrlərdə də belə halların şahidi olduq. Bəzi deputatlar həmin mandatdan xalqın xeyrinə deyil, öz bizneslərini inkişafetdirmək üçün istifadə etdilər. Hətta mandatlarını girov qoymaqdan belə çəkinmədilər.


Digər diqqət çəkən məqamlardan biri də N.Bağırovun dediyi kimi Saatlı heç də turistik bir bölgə deyil. Bu rayon aqrar rayondur. Turizm sahəsində ciddi fəaliyyəti olmayan bir insanı aqrar bir rayonun inkişafına və onların rpoblemlərinin həllinə necə yardım edə bilər ki?...
 

Belə suallar çoxdur. Cənablar,  bu hüquqlar insanlara ona görə verilmir ki, bu hüququn verdiyi imkanlardan faydalanaraq  öz korporativ maraqlarınızı təmin edib, biznes imkanlarını genişləndirəsiniz. Bu hüquq ona görə verilir ki, xalqın xidmətindən dayanasınız. Belə aldadıcı, yalan, yağlı vədlərlə kimə kələk gəlmək istəyirsiniz...
 

Bu gün N. Bağırov Azərbaycan Turizm Assosiyasının İdarə Heyətinin sədri kimi fəaliyyətini turizm sektorunun inkişafı ilə bağlı dövlət başçısının qəbul etdiyi proqramların icrasına yönəltsə, daha yaxşı olmazdımı?!..


Dövlət başçısının bu gün iqtisadi sahədəki fəaliyyətinin əsas prioriteti ölkə iqtisadiyyatının neft və qazdan asılılığını azaltmaq üşün qeyri neft sektorunun inkişafıdır. Xüsusən də turizmin inkişafıdır. Çünki turizm təkcə ölkə iqtisadiyyatının inkişafına xidmət etmir, eyni zamanda  Azərbaycanın dünyada tanınmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rola malikdir. Ona görə də Prezident İlham Əliyev bu sahənin inkişafına ciddi önəm verir. Turzim dövrümüzdə qlobal anlamda  xalq diplomatiyası rolunu oynayır. 


Prezident İlham Əliyev bu gün dünyada Azərbaycana qarşı yönələn bəzi iftiraları, qarayaxmaları məhz bu yolla aradan qaldırmaq istəyir. Belə olan halda N. Bağırov niyə ölkə başçısının bu siyasətinə daha uğurla həyata keçirilməsinə çalışmır və əlavə imtiyazlar istəyir. Təbii, öz korporativ maraqlarını dövlətçilik maraqları adı altında  təmin etmək...  Bax, budur sadə həqiqət.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top