Ərdoğan və İmamoğlunun reytinqi açıqlandı

DÜNYA 18 yan 2020, 17:14

Türkiyənin “Metropoll” araşdırma şirkəti ötən ilin dekabrında ölkə ərazisində keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. 

 

Demokrat.az “Report”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan 50,2 faizlə ölkənin ən çox bəyənilən siyasətçisidir. 
 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu (48,6%, CHP) siyahıda ikinci, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (38,8%, CHP) isə üçüncü sırada qərarlaşıb. 
 

Siyahıda həmçinin Devlet Bahçeli (34%, MHP), Kamal Kılıçdaroğlu (33,7%, CHP) və digər siyasətçilər var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top