50 yaşlı kişiyə ərə getmək istəməyən məktəbli intihar etdi — FOTO

HADİSƏ 18 yan 2020, 14:38

16 yaşlı məktəbli qızın nişanlanması faciə ilə nəticələnib. O, intihar edib. Hadisə Rusiyada baş verib.


Demokrat.az xəbər verir ki, bu barədə "Sib.fm" məlumat yayıb.


Bildirilir ki, Yekaterinburq şəhərindən olan məktəbli valideynlərinin onu 50 yaşlı kişiyə ərə vermək qərarı ilə barışa bilməyib. Bunu rüsvayçılıq sayan qız intihar edib.


Qızın ailəsi yezididir. Onların ənənəsinə görə, qızlar 16 yaşında ərə getməlidirlər.


O da vurğulanır ki, qız doqquzuncu sinifə qədər yaxşı oxuyub, ancaq sonra evlilik məsələsinə görə dərslərinə laqeyd yanaşmağa başlayıb.


Hadisə ilə əlaqədar “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top