Xoruz adam öldürdü

HADİSƏ 18 yan 2020, 14:09

Hindistanda qadağan olunmasına baxmayaraq, bəzi bölgələrdə keçirilən xoruz döyüşlərində bir nəfər ölüb.


Sondakika.com-un xəbərinə görə, Andra Pradeş əyalətinin Pragadavaram kəndində təşkil olunan döyüşdə rəqibinə daha çox xəsarət yetirməsi üçün bir xoruzun ayağına iti ülgüc bağlanılıb.


Xoruz isə rəqibi əvəzinə döyüşə tamaşa edənlərə hücum edib. Bu zaman 55 yaşlı kişi qarnından xəsarət alıb və hadisə yerindəcə vəfat edib.


Polis həmin şəxsin ölümü ilə bağlı döyüşdə iştirak edən bir neçə nəfəri saxlayıb. Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top