Bakıda kişi qayınanası tərəfindən döyüldü

HADİSƏ 18 yan 2020, 13:18

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.


Demokrat.az APA-ya xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb.


55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb.


O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top