Vilayət Eyvazov mayoru rəis təyin etdi

HADİSƏ 18 yan 2020, 11:03

Daxili İşlər orqanlarında növbəti təyinat olub.


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.


Demokrat.az bildirir ki, xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-a təsdiqləyiblər.


Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top