Aksiya nəticə verdi – "Sovetski"də işıq, su bərpa edildi

SOSİAL 17 yan 2020, 20:49

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.


Demokrat.az-ın xəbərinə görə, 24 ailə ilə görüşən icra başçısı onların problemlərini dinləyib və sakinlərin problemlərinin həlli ilə bağlı tapşırılqar verib.



Ərazinin işıq və su xətlərində qəzalar olduğuna görə yaranan müəyyən fasilələr müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Sakinlər daimi işıq və su ilə təmin ediliblər.


Xatırlatma: Ötən gün Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisində 14 ailəyə məxsus evlərə verilən qaz, su və elektrik enerjisi dayandırılmışdı. Sakinlərin də buna etiraz olaraq küçəyə çıxıb, tonqal qalayıblar.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top