Abşeronda 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsinə 147 ağac əkildi – FOTOLAR

SOSİAL 17 yan 2020, 19:53

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və RİH-də təcrübə keçən “ASANkönüllü”lərinintəşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

 

Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində baş tutan ağacəkmə aksiyasında İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və könüllülər iştirak edib.


Əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və aksiya iştirakçıları 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd Eldar şamı və  sərv ağacı əkiblər.

 

Ağaclardan soyqırımı zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.


20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisənin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyadarayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin yuxarı sinif şagirdləri də aktiv şəkildə iştirak edib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top