Bakı-Sumqayıt yolunda genişləndirmə işindən SON XƏBƏR -VİDEO

SOSİAL 17 yan 2020, 22:17

Mayın sonuna qədər tamamlanması nəzərdə tutulan Bakı-Sumqayıt yolunda genişləndirmə işləri davam edir.

 

Demokrat.az BAKU.TV-yə istinadən xəbər verir ki, genişləndirmə işləri çərçivəsində magistral yolun kənarındakı təpəciklərin sökülməsinə başlanılıb.

 

Söküntü işlərini əraziyə cəlb olunan ağır texnikalar həyata keçirir.

 

Bakı-Sumqayıt yolunun 7-8 km hissəsində genişləndirmə və təmir işləri nəzərdə tutulub.

 

Qeyd edək ki, yolun qiyməti hər kilometr üçün 778 min manat hesablanıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top