“Bəzi namizədlər deyir ki, atasından qalan əmlak yadından çıxıb” – MSK sədri

SOSİAL 17 yan 2020, 20:02

“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər”.

 

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

MSK sədri bildirib ki, elə namizədlər var deyir, atasından qalan əmlak yadından çıxıb: “Buna nə cür inanmaq olar?”

 

M.Pənahov qeyd edib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər nə üçün əmlaklarını göstərmədiklərinə dair tutarlı bir səbəb də göstərmirlər:

 

“Adi bir səhvə görə onların namizədliklərini qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

 

M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top