Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı – Rüfət Quliyevə isə yüksək vəzifə verildi

SOSİAL 17 yan 2020, 20:28

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr islahatı edib.

 

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, yaş həddi ilə təqaüdə göndərilən kadrlar idarəsinin rəisini əvəzləyib. Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi yenidən polis polkovniki Kamran Əliyev olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top