Xanhüseyn Kazımlının qızı da namizəd oldu

GÜNDƏM 17 yan 2020, 15:56

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

 

Ə. Kazımova namizədliyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

 

“Qafqazinfo” məsələ ilə bağlı deputatın özüylə əlaqə saxlayıb. X. Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir. Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirlər. 

 

Qeyd edək ki, Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

 

Xatırladaq ki, həmin dairədən deputatlığa namizədlərdən biri də V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top