Bakıda sürücü sükan arxasında yatdı: Sərnişin dolu mikroavtobusa çırpıldı - ANBAAN VİDEO

HADİSƏ 17 yan 2020, 18:24

Bakının Qaradağ rayonu ərazisində baş verən dəhşətli qəza hadisəsi kameraya düşüb.

 

Demokrat.az “avtosfer.az”a istinadən xəbər verir ki, yük maşını “Ford Transit” markalı sərnişin mikroavtobusunu arxadan vurub.

 

Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

 

Belə ki, “Ford Transit” markalı sərnişin mikroavtobusunun sürücüsü yolun kənarında saxlayaraq sərnişin düşürüb.

 

Bu zaman arxadan sağ zolaqla gələn yük maşını solda yer olsa da gəldiyi sürətlə mikroavtobusu arxadan vurub.

 

Daha sonra isə yol boyu “Ford”u sürüyüb.

 

Bu zaman iri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top