“Bəxtiyar Hacıyevi özümə rəqib hesab etmirəm” – Arpadaraidən cavab gəldi

SİYASƏT 17 yan 2020, 17:31

29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizəd Nigar Arpadarai ictimai fəal Bəxtiyar Hacıyevin debat çağırışına cavab verib. 

 

Nigar Arpadarai Yenisabah.az-a açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyevi rəqib hesab etmir və buna görə də onunla debata çıxmağa ehtiyac görümr. 

 

“Bəxtiyarı tanıyıram. Sosial mediada aktiv bir gəncdir. Amma mən onunla debata çıxmayacam. O səbəbdən ki, Bəxtiyarın ümumiyyətlə nə işlə məşğul olduğunu bilmirəm. Bəxtiyarın bu illər ərzində və ümumiyyətlə hansı layihəni həyata keçirdiyi haqqında da məlumatım yoxdur. Ola bilsin ki, hansısa layihəsi olub amma bu barədə nə mənim, nə də ki ictimaiyyətin xəbəri var. 

 

Ona görə mən Bəxtiyarı ümumiyyətlə özümə rəqib hesab etmirəm. O səbəbdən də onunla debata çıxmağa heç bir ehtiyac görmürəm”, -deyə Nigar Arpadarai vurğulayıb.

 

Bəxtiyar Hacıyev də 29 saylı Səbail seçki dairəsindən namizəddir. O bu gün sosial şəbəkə vasitəsilə Nigar Arpadaraini debata çağırıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top