Bəxtiyar Hacıyev rəqibini debata çağırdı

SİYASƏT 17 yan 2020, 16:53

29 saylı Səbayel seçki dairəsindən qeydə alınmış namizəd ictimai fəal Bəxtiyar Hacıyev rəqibini debata çağırıb. 

 

Demokrat.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin özü bildirib. Onun rəqibi Bakı Şəhər Halqası Əməliyyat Şirkətində marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbrəi Nigar Arpadaridir. 

 

Bəxtiyar Hacıyev əvvəlcə rəqibinin doğum gününü təbrik edib, daha sonra debata çağırıb. “Rəqibim hörmətli Nigar xanımın ad gününü təbrik edir, növbəti günlərdə onu debata çağırıram. Gördüyümüz, görəcəyimiz işləri, tutduğumuz mövqeləri dartışaq”, - deyə ictimai fəal bildirib.

 

Hələ ki, Nigar Arpadari Bəxtiyar Hacıyevin debat çağırışına cavab verməyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top