Cavanşir Paşazadə: "Hər bir seçicimə fəaliyyətim dövründə qayğı ilə yanaşmışam"

GÜNDƏM 17 yan 2020, 12:54

Xəbər verdiyimiz kimi fevralın 9-da növbədən kənar parlament seçkiləri keçiriləcək.

 

Parlament seçkilərində iştirak edən bütün namizədlərin təşviqatı yanvarın 17-dən başlayır.

 

Demokrat.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası tərəfindən 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən namizədliyi irəli sürülən Cavanşir Paşazadə bildirib ki, Azərbaycanda fevralın 9-da növbədən kənar parlament keçkiləri keçiriləcək:

 

"Yeni Azərbaycan Partiyası yenidən mənə etimad göstərərək namizədliyimi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən irəli sürüb. Mənə etimad göstərib, namizədliyimi yenidən irəli sürdüyünə görə Yeni Azərbaycan Partiyasının sədri, cənab prezidentimiz İlham Əliyevə və Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Əgər fevralın 9-da keçiriləcək parlament seçkilərində xalq məni yenidən dəstəkləyib deputat seçsə hər zaman seçicilərimlə bir yerdə olub, onların dərdinə şərik olacam. Ən önəmlisi isə çalışacam ki, xalqla dövlət arasında körpü rolunu oynayım. Bilirsiniz ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur. İnsanlarımız dəstəklədikləri insana səs verərək onu qalib edir. Düşünürəm ki, fevralın 9-da da insanlarımız inandığı, etimad göstərdiyi namizədə səs verərək onu qalib edəcək".(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top