“Müsavat”dan neçə namizəd qeydə alınıb? – Arif Hacılı açıqladı

GÜNDƏM 17 yan 2020, 11:36
Arif Hacılı Müsavat Partiyasının qeydə alınan namizədlərinin sayını açıqlayıb.
 
 
Demokrat.az xəbər verir ki, o bu barədə öz feysbuk hesabında məlumat verib:
 
 
"Namizədlərin qeydə alınması müddəti başa çatdı.
 
 
Müsavat Partiyasının 63 namizədi 59 seçki dairəsi üzrə millət vəkilliyinə namizəd kimi qeydə alındı.
 
3 milyona yaxın seçicini əhatə edən seçki dairələrində namizədlərimiz olacaq. Digər dairələrdə müxalifət blokları namizədlərini, müstəqil namizədləri, gənc fəalları müdafiə etmək niyyətindəyik.
 
 
Dairələr üzrə namizədlərimiz, hədəflərimiz, planlarımız barədə sabah saat 14-də Müsavat qərargahında keçiriləcək mətbuat konfransında məlumat veriləcək.
 
 
Başlayırıq, dostlar.
 
 
Dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun!"
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top